Yuxarı
    Bağlamaq

    AŞPA-nın Azərbaycan üzrə həmməruzəçisi: "DTİHB-nin qərarı qəribədir"

    Bu qərara görə təəssüf edirəm

    Bakı. 2 noyabr. REPORT.AZ/ "Azərbaycanda demək olar bütün seçkiləri izləmişəm. Parlament seçkilərini 1995-ci ildən müşahidə edirəm. Milli Məclisə seçkilərə də maraq yüksək idi. Hərçənd indi Avropanın hər yerində seçici fəallığı aşağıdır".

    Bunu "Report"a eksklüziv açıqlamasında AŞPA müşahidə missiyasının üzvü, qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Tadeuş İvinski deyib.

    Həmməruzəçi Azərbaycandakı parlament seçkiləri çərçivəsində Bakı, Qobustan, Şamaxı və İsmayıllıda yerləşən seçki məntəqələrində müşahidə apardığını və ciddi qayda pozuntusu halına rast gəlmədiyini bildirib.

    "Heç birimiz ideal deyilik" deyən T.İvinski Azərbaycanda baş tutan seçkiləri demokratiyanın inkişaf yolunda atılan daha bir addım kimi dəyərləndirib.

    ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (DTİHB) Azərbaycandakı seçkilərə nümayəndə heyəti göndərməkdən imtina etməsinə münasibət bildirən AŞPA müşahidə missiyasının üzvü bunu "qəribə qərar" adlandırıb: "Müşahidəçilərin sayında mübahisəli məsələ yaranmışdı. Nə üçün kompromis əldə olunmadığını bilmirəm. Noyabrın 1-də Azərbaycanda və Türkiyədə seçkilər keçirildi. Amma nəzərə almaq lazımdır ki, Azərbaycanda 8, Türkiyədə isə 80 milyon əhali yaşayır. Elədirsə, nə üçün DTİHB həm Türkiyədə, həm də Azərbaycanda eyni sayda müşahidəçi ilə təmsil olunmaq istəyirdi? Bu qərara görə təəssüf edirəm".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi