Yuxarı

AŞPA müşahidə missiyasının Azərbaycanda keçirilmiş seçkilərə dair yekun məruzəsi qəbul edilib

Bu qərar noyabrın 27-də AŞPA daimi komitəsinin iclasinda təsdiq edilməlidir

Bakı. 26 noyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyası sədarət komitəsi və bürosunun Sofiyada təşkil edilmiş iclaslarında Azərbaycanda noyabrın 1-də keçirilmiş parlament seçkilərinə dair AŞPA seçki müşahidə missiyasının yekun məruzəsi yekdilliklə qəbul edilib.

Bu barədə "Report"-a Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Elxan Süleymanov məlumat verib. O deyib ki, bu qərar noyabrın 27-də AŞPA daimi komitəsinin iclasinda təsdiq edilməlidir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi