​AŞPA Bürosu Azərbaycandakı parlament seçkilərinə müşahidəçi göndərmək qərarını təsdiqləyib

​AŞPA Bürosu Azərbaycandakı parlament seçkilərinə müşahidəçi göndərmək qərarını təsdiqləyib Nümayəndə heyətinə ispaniyalı deputat Jordi Hukla Kosta başçılıq edəcək
Milli Məclis
28 Sentyabr , 2015 15:55
​AŞPA Bürosu Azərbaycandakı parlament seçkilərinə müşahidəçi göndərmək qərarını təsdiqləyib

Bakı. 28 sentyabr. REPORT.AZ/ Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Bürosu Azərbaycanda noyabrın 1-də keçiriləcək parlament seçkilərinə müşahidəçi missiyası göndərmək qərarını təsdiqləyib.

"Report" xəbər verir ki, bu barədə AŞPA-nın payız sessiyasının açılışında AŞPA prezidenti Ann Brassör bildirib.

O deyib ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun Azərbaycandakı seçkilərə müşahidəçi göndərməmək qərarına baxmayaraq, Büro AŞPA-nın müşahidəçi missiyasını seçkilərə göndərmək qərarını təsdiqləyib.

Xatırladaq ki, AŞPA Bürosunun avqustun 31-də Parisdə baş tutan iclasında 13 deputatdan ibarət müşahidəçı missiyasını Azərbaycandakı seçkilərə göndərmək barədə qərar qəbul olunmuşdu. Nümayəndə heyətinə ispaniyalı deputat Jordi Hukla Kosta başçılıq edəcək.

ATƏT DTİHB isə sentyabrın 11-də Azərbaycanda keçiriləcək parlament seçkilərinə müşahidə missiyası göndərməyəcəyi barədə qərarını açıqlamışdı. Öz növbəsində, Azərbaycanın ATƏT-dəki daimi nümayəndəliyi bununla bağlı narahatlığını ifadə edib: "Bu, ATƏT DTİHB direktorunun ona həvalə olunan mandatı ciddi şəkildə pozmasıdır". 

Son xəbərlər

Orphus sistemi