AŞPA: "Azərbaycanda parlament seçkiləri ölkənin Seçki Məcəlləsinə uyğun olaraq keçirilib"

AŞPA: "Azərbaycanda parlament seçkiləri ölkənin Seçki Məcəlləsinə uyğun olaraq keçirilib" AŞPA müşahidə missiyası ilkin qiymətləndirməni təqdim edib
Milli Məclis
2 Noyabr , 2015 13:47
AŞPA: Azərbaycanda parlament seçkiləri ölkənin Seçki Məcəlləsinə uyğun olaraq keçirilib

Bakı. 2 noyabr. REPORT.AZ/ "Azərbaycanda parlament seçkiləri ölkənin Seçki Məcəlləsinə uyğun keçirilib. Bu da seçkilərin demokratik əsaslarla keçirildiyini söyləməyə imkan verir".

"Report" xəbər verir ki, bunu AŞPA-nın müşahidə missiyasının rəhbəri, ispaniyalı deputat Jordi Çukla Kosta müşahidə missiyasının ilkin qiymətləndirməsinə dair keçirdiyi mətbuat konfransında söyləyib.

Nümayəndə heyətinin rəhbəri Azərbaycanı Milli Məclisə seçkilər keçirməsi münasibəti ilə təbrik edib.

Jordi Çukla Kosta qeyd edib ki, AŞPA nümayəndə heyətinin üzvləri Azərbaycanın müxtəlif bölgələrində müşahidələr aparıb və müşahidəçilər seçkilərin peşəkar formada keçirildiyini vurğulayıb: "Missiya ciddi pozuntular müşahidə etməyib. Amma biz MSK-nı seçki qutularına əlavə bülletenlərin atılması ilə bağlı bəzi məlumatları araşdırmağa çağırırıq. Seçicilərə isə heç bir təzyiq olmayıb".

Qeyd edək ki, Azərbaycanda parlament seçkilərinin müşahidəsi üzrə geniş hesabat AŞPA-nın Daimi Komitəsinin noyabrın 27-də Bolqarıstan paytaxtı Sofiyada keçiriləcək iclasında müzakirə olunacaq.

Son xəbərlər

Orphus sistemi