Yuxarı

Arye Qut: "Azərbaycan hökumətinin özünün demokratik seçkilərin keçirilməsində maraqlı olması çox vacibdir"

Seçkilər kifayət qədər açıq və şəffaf şəkildə həyata keçirilib

Bakı. 2 noyabr. REPORT.AZ/ "İlk dəfədi seçkilərdə müşahidə aparıram və deyə bilərəm ki, seçkilər məndə xoş təəssürat oyatdı".

"Report" xəbər verir ki, bunu noyabrın 1-də Azərbaycanda Milli Məclisə keçirilən seçkiləri şərh edərkən İsraildən olan müstəqil müşahidəçi, "International Services" qeyri-hökumət təşkilatının baş meneceri Arye Qut söyləyib.

O, seçkilərdə heç bir fırıldaqçılıq olmamasının, seçicilərin istəklə məntəqələrə getməsinin vacibliyini qeyd edib: "Seçkilər kifayət qədər açıq və şəffaf şəkildə həyata keçirilib. Azərbaycan hökumətinin özünün demokratik seçkilərin keçirilməsində maraqlı olması çox vacibdir".

A.Qut, həmçinin yəhudilərin sıx məskunlaşdığı Qırmızı qəsəbədə apardığı müşahidələrdən danışıb: "Hər şeyin yaxşı olması ilə bağlı məlumat əldə etmişəm. Hətta Qırmızı qəsəbəni tərk edən insanlar da Azərbaycan üçün həyəcan keçirirdi".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi