Yuxarı

​Baş nazir Artur Rasizadə səs verib

O, seçki məntəqəsinə xanımı ilə gəlib

Bakı. 1 noyabr. REPORT.AZ/ Azərbaycanın baş naziri Artur Rasizadə Milli Məclisə keçirilən seçkilərdə səs verib. "Report" xəbər verir ki, hökumət başçısı səhər saatlarında Bakı şəhərinin 16 saylı Yasamal ikinci seçki dairəsinin 29 saylı seçki məntəqəsinə xanımı ilə gələrək səsvermə hüququndan istifadə edib.

Bu məntəqədə 1412 seçici qeydiyyata alınıb. Səsvermənin gedişini beynəlxalq və yerli müşahidəçilər izləyirlər.

Xatırladaq ki, 16 saylı seçki dairəsində 10 nəfərin namizədliyi qeydə alınıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi