Müsavat Partiyası başqanının deputatlığa namizədliyi qeydə alınıb

Müsavat Partiyası başqanının deputatlığa namizədliyi qeydə alınıb Qərarı dairə seçki komissiyası qəbul edib
Milli Məclis
3 Oktyabr , 2015 15:35
Müsavat Partiyası başqanının deputatlığa namizədliyi qeydə alınıb

Bakı. 3 oktyabr. REPORT.AZ/ Müsavat Partiyasının başqanı Arif Hacılının 33 saylı Xətai birinci Seçki Dairəsindən deputatlığa namizədliyi qeydə alınıb.

Bu barədə “Report”a partiya başqanının müavini Gülağa Aslanlı məlumat verib.

A.Hacılının namizədliyinin qeydə alınması ilə bağlı qərarı müvafiq dairə seçki komissiyası qəbul edib.

Qeyd edək ki, hazırda 33 saylı Xətai birinci Seçki Dairəsinin deputatı Hüseynbala Mirələmovdur. Yeni Azərbaycan Partiyası (YAP) onun namizədliyini V çağırış Milli Məclisə seçkilərdə də irəli sürüb.

Son xəbərlər

Orphus sistemi