Yuxarı
    Bağlamaq

    882 nəfərin deputatlığa namizədliyi qeydə alınıb

    Seçkilərdə iştirak etmək üçün 1 823 nəfər müraciət edib

    Bakı. 2 oktyabr. REPORT.AZ/ Bu il keçiriləcək parlament seçkilərində iştirak etmək istəyən 882 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.

    “Report”un xəbərinə görə, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov məlumat verib.

    O bildirib ki, seçkilərdə iştirak etmək üçün 1 823 nəfər müraciət edib: “Onlardan 572-si siyasi partiyalar, 62 nəfəri “Azadlıq-2015” seçki bloku, 3-ü təşəbbüs qrupu tərəfindən, 1 186 nəfər isə öz təşəbbüsü ilə namizədliyini irəli sürüb. 1 805 şəxsin namizədliyinin irəli sürülməsi təsdiq edilib”.

    M.Pənahov qeyd edib ki, deputatlığa namizədliyini irəli sürənlərdən 1 750 nəfər imza vərəqəsi alıb: “1365 nəfər imza vərəqələrini qaytarıb”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi