Yuxarı

Yunanıstanlı jurnalistlər tətil aksiyası keçirir

Jurnalistlərin etiraz aksiyası dekabrın 3-nə təyin edilmiş ümumi tətildən bir gün əvvəl keçirilir

Bakı. 2 dekabr. REPORT.AZ/ Yunanıstanlı jurnalistlər sərt iqtisadiyyat siyasətinə etiraz əlaməti olaraq bu gün həmkarlar ittifaqının qərarı ilə sutkalıq tətil aksiyası keçirir.

"Report" "RİA Novosti"yə istinadən xəbər verir ki, jurnalistlərin etiraz aksiyası 2016-cı ilin dövlət büdcəsinin təsdiq olunması ilə əlaqədar olaraq dekabrın 3-nə təyin edilmiş ümumi tətildən bir gün əvvəl keçirilir. Media nümyəndələri KİV-in hər şeyi olduğu kimi işıqlandırmasına şərait yaradılmasını tələb edir.

Həmkarlar ittifaqının qərarı ilə dekabrın 2-si saat 06:00-dan dekabrın 3-ü saat 06:00-a qədər dövlət radio və televiziyasında (ERT), Afinadakı Makedoniya xəbər agentliyində, parlament telekanalında, özəl telekanallarda və həmkarlar ittifaqı ilə əlaqəli olan saytlarda xəbərlər buraxılışları dayandırılıb, qəzetlər dərc edilməyəcək, fotoreportyorlar işini dayandırıb.

KİV əməkdaşları işçilərin əmək və sosial hüquqları, sosial təminat fondlarının islahatı ilə bağlı kreditorlarla memorandumlarda əksini tapan maddələrə qarşı etiraz edir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi