Yuxarı

Yol polisi jurnalistləri mükafatlandırıb - FOTO

Müsabiqənin qaliblərinə pul mükafatı və qiymətli hədiyyələr təqdim olunub

Bakı. 18 mart. REPORT.AZ/ Bakı Şəhər Baş Polis İdarəsi (BŞBPİ) Dövlət Yol Polisi İdarəsinin (DYPİ) "Azadinform" İnformasiya Agentliyi ilə birgə jurnalistlər arasında keçirdiyi müsabiqəyə yekun vurulub. "Report" xəbər verir ki, bu münasibətlə Beynəlxalq Mətbuat Mərkəzində (BMM) keçirilən mərasimdə müsabiqənin qalibləri mükafatlandırılıb. 

"Yollarda təhlükəsizlik və parklama" mövzusunda keçirilən müsabiqəyə fevralın 16-da start verilib. Jurnalistlər qanunsuz parklama, yollarda üzləşdikləri gündəlik problemlər və yollarda təhlükəsizliyin təmin olunması barədə hazırladıqları araşdırma və reportajları təqdim edib. Jurnalistlər tərəfindən müsabiqəyə ümumilikdə 100 araşdırma və yazılar təqdim olunub. Müsabiqədə 1-ci yerin sahibi 450 AZN, 2-ci yerin sahibi 300 AZN və 3-cü yerin sahibləri (üç yer) isə 150 AZN pul və qiymətli hədiyyələrlə mükafatlandırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi