​“Yeni Müsavat” qəzetinin 25 yaşı tamam olub

​“Yeni Müsavat” qəzetinin 25 yaşı tamam olub Qəzetin qurucusu hazırkı baş redaktor Rauf Arifoğludur
Media
10 Noyabr , 2014 09:16
​“Yeni Müsavat” qəzetinin 25 yaşı tamam olub

Bakı. 10 noyabr. REPORT.AZ/ Bu gün Azərbaycan müasir tarixinin ən uzunömürlü qəzetlərindən biri olan “Yeni Müsavat” qəzetinin ilk sayının çap edilməsindən 25 il ötür. “Report”un xəbərinə görə, qəzet 7 noyabr 1989-cu ildə Azərbaycan Milli Demokrat Yeni Müsavat Partiyasının mətbu orqanı kimi yaradılıb. Qəzetin qurucusu hazırkı baş redaktor Rauf Arifoğludur.

“Yeni Müsavat” qəzetinin ilk sayı 10 noyabr 1989-cu ildə dərc olunub. 1989-91-ci illər ərzində gizli və qeyri-formal nəşr olunub. 1993-cü ilin mart ayından qəzetin təsisçisi Müsavat Partiyasının başqanı İsa Qəmbər olub. 2009-cu ilin noyabr ayının 8-də - qəzetin 20 illik yubileyində İsa Qəmbər təsisçiliyi Rauf Arifoğluna təhvil verib. Qəzetin 26 noyabr 2009-cu il tarixli sayında təsisçisi rəsmən dəyişərək Rauf Arifoğlunun təsisçiliyi ilə işıq üzü görüb.

Son xəbərlər

Orphus sistemi