İTV-nin Yayım Şurasına üzvlük üçün müsabiqə elan edilib

İTV-nin Yayım Şurasına üzvlük üçün müsabiqə elan edilib Təşkilat qruplarına Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri daxildir
Media
27 Fevral , 2015 11:58
İTV-nin Yayım Şurasına üzvlük üçün müsabiqə elan edilib

Bakı. 27 fevral. REPORT.AZ/ Azərbaycan İctimai Televiziya və Radio Yayımları Şirkətinin Yayım Şurasına Sahibkarlar Şurası, gənclər təşkilatları və qadın cəmiyyətləri tərəfindən irəli sürülən namizədlərin 14 aprel 2015-ci il tarixdə səlahiyyətlərinin başa çatması ilə əlaqədar Milli Televiziya və Radio Şurası təşkilat qrupları üzrə üzvlüyə namizədlərin seçilməsi məqsədi ilə müsabiqə elan edib.

Bu barədə "Report"a Şuradan məlumat verilib. Təşkilat qruplarına Sahibkarlar Şurası, gənclər təşkilatları, qadın cəmiyyətləri daxildir.

Göstərilən qruplar üzrə namizədlərin seçilməsi 20 mart 2015-ci il tarixədək təmin olunmalı, yekun protokollar və seçilən namizədlər barədə məlumatlar Milli Televiziya və Radio Şurasına təqdim edilməlidir.

Son xəbərlər

Orphus sistemi