Yuxarı
    Bağlamaq

    ​Azərbaycanda xərçəngdən əziyyət çəkən jurnalist dünyasını dəyişib

    Gülər Məmmədova ANS TV-nin Xəbərlər Xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşıdır

    Bakı. 19 dekabr. REPORT.AZ/ ANS TV-nin Xəbərlər Xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova vəfat edib.

    “Report”un xəbərinə görə, bu barədə M.Hüseynov məlumat verib.

    O, G.Məmmədovanın Quba rayonunda dəfn ediləcəyini bildirib.

    Uzun müddətdir qan xərçəngindən əziyyət çəkən Gülər Məmmədova Türkiyədə müalicə olunmuşdu.

    Onun iki azyaşlı övladı var.

    Allah rəhmət eləsin!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi