MTRŞ: "Azərbaycanda xarici teleradio yayımçılarının qanunsuz retranslyasiyası halları mövcuddur"

MTRŞ: "Azərbaycanda xarici teleradio yayımçılarının qanunsuz retranslyasiyası halları mövcuddur" Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüş keçirilib
Media
23 İyul , 2015 16:53
MTRŞ: Azərbaycanda xarici teleradio yayımçılarının qanunsuz retranslyasiyası halları mövcuddur

Bakı. 23 iyul. REPORT.AZ/ Bu gün Milli Televiziya və Radio Şurasında Azərbaycanda fəaliyyət göstərən kabel şəbəkəsi yayımçılarının rəhbərləri ilə görüş keçirilib. Bu barədə "Report"a Şuradan məlumat verilib. 

Görüşdə kabel şəbəkəsi yayımı sahəsində olan mövcud vəziyyət müzakirə olunub, yeni tikililərdə, hotellərdə qanunsuz kabel şəbəkəsi yayımına qarşı effektiv mübarizə tədbirlərinin həyata keçirilməsinin zəruriliyi qeyd edilib. 

Görüşdə kabel şəbəkəsi yayımçılarının bir sıra hallarda xüsusi razılığın (lisenziyanın) qayda və şərtlərinin pozulması, hər hansı hüquqi əsas olmadan xarici teleradio yayımçılarının qanunsuz retranslyasiyası hallarının da mövcudluğu xüsusi vurğulanıb. Kabel şəbəkəsi yayımı sahəsində bəzi tənzimləmə məsələlərinə Milli Televiziya və Radio Şurasının növbəti iclasında baxılması qərara alınıb.

Son xəbərlər

Orphus sistemi