Vüqar Səfərli: "Jurnalistlər sosial şəbəkədə yayılan cəfəngiyyatlara cavab verməlidirlər"

Vüqar Səfərli: "Jurnalistlər sosial şəbəkədə yayılan cəfəngiyyatlara cavab verməlidirlər" Bakı. 17 dekabr. REPORT.AZ/ Bu gün sosial media problemi bütün dünyanı lərzəyə gətirir. Artıq media deyəndə qəzet, jurnalla yanaşı, internet media da bura daxil olub. Lakin sosial şəbəkələri də media kimi qiymətləndirməyimiz düzgün deyil.
Media
17 Dekabr , 2018 12:30
Vüqar Səfərli: Jurnalistlər sosial şəbəkədə yayılan cəfəngiyyatlara cavab verməlidirlər
0 : 00
0 : 00

Bakı. 17 dekabr. REPORT.AZ/ "Bu gün sosial media problemi bütün dünyanı lərzəyə gətirir. Artıq media deyəndə qəzet, jurnalla yanaşı, internet media da bura daxil olub. Lakin sosial şəbəkələri də media kimi qiymətləndirməyimiz düzgün deyil".

"Report" xəbər verir ki, bunu Kütləvi İnformasiya Vasitəsilərinə Dövlət Dəstəyi Şurasının icraçı direktoru Vüqar Səfərli "Dini qurumlar və sosial media" adlı tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, sosial şəbəkənin media kimi qəbul olunmamasının səbəbi bu sahədə məsuliyyətin olmamasıdır: "Əgər televiziya və jurnalda jurnalist hər hansı məlumat yayırsa, onlar buna görə məsuliyyət daşıyırlar. Amma sosial şəbəkələrdə bu belə deyil. Əlbəttə, ölkəmiz tolerant bir ölkədir. Azərbaycanda keçirilən tədbirlər də ölkəmizin sabitliyini sübut edir. Hər bir vətəndaş dinindən, irqindən asılı olmayaraq onu vətəni hesab edir. Lakin bununla yanaşı, xaricdən idarə olunan qüvvələr var. İlahiyyatçılarımızın bəziləri xaricdə təhsil alıb. Bu məqam da müəyyən təhlükələr yaradırdı. Bu il Prezidentin sərəncamı ilə İlahiyyat İnistitu yaradıldı. İnstitut bu sahədə kadrların yetişdirilməsi üçün mühum rol oynayacaq".

V.Səfərli onu da vurğulayıb ki, bu sahədə təbliğata böyük ehtiyac var: "Buna görə də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə birlikdə biz çoxsaylı tədbirlər keçirmişik. Hesab edirəm ki, sosial şəbəkədə nə qədər cəfəngiyyat yayılsa da, jurnalistlər həm sosial şəbəkə, həm də media vasitəsilə onlara cavab verməlidirlər".

Son xəbərlər

Orphus sistemi