Vüqar Səfərli: “Hər kəs bilir ki, o saytların arxasında kimlər durur”

Vüqar Səfərli: “Hər kəs bilir ki, o saytların arxasında kimlər durur” “Təklif edirəm ki, bununla bağlı Monitorinq Qrupu yaradılsın”
Media
20 Noyabr , 2015 16:08
Vüqar Səfərli: “Hər kəs bilir ki, o saytların arxasında kimlər durur”

Bakı. 20 noyabr. REPORT.AZ/ “Bu gün Azərbaycan mediasında əsası olmayan xəbərlər yer alır. Əsasız informasiyaların əksəriyyəti onlayn mediada yayımlanır”.

“Report”un məlumatına görə, bunu Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli “Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış” mövzusundakı "dəyirmi masa"da çıxışı zamanı deyib.

O, yalan xəbər yayan saytların adlarının açıqlanmasını təklif edib: “Bunların kimliyini hamı bilir. Təklif edirəm ki, bununla bağlı Monitorinq Qrupu yaradılsın. Bu saytların fəaliyyəti araşdırılsın və cəmiyyətə açıqlansın. Rabitə və Yüksək Texnologiyaları Nazirliyində baş verənlərlə bağlı şantaj xarakterli məlumatlar yayılır. Hər kəs bilir ki, o saytların arxasında kimlər durur. Mətbuat Şurası bu istiqamətdə ciddi tədbirlər görməlidir”.

Son xəbərlər

Orphus sistemi