Vitse-spiker: "Ailə daxilində baş verən problemlər cəmiyyətə çox pis şəkildə təqdim olunur"

Vitse-spiker: "Ailə daxilində baş verən problemlər cəmiyyətə çox pis şəkildə təqdim olunur" "Öz problemlərini həll etmək üçün televiziyalara üz tutanlar peşman belə olurlar"
Media
28 Noyabr , 2014 11:07
Vitse-spiker: Ailə daxilində baş verən problemlər cəmiyyətə çox pis şəkildə təqdim olunur
Bakı. 28 noyabr. REPORT.AZ/ "Televiziyalarda tok-şoular hər bir ailənin daxilindəki problemləri bütün iyrənclikləri ilə auditoriyaya təqdim edirlər. Bu, təəssüfləndirici haldır".

"Report"un məlumatına görə, bunu bu gün Azərbaycan Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi vəDini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) birgə təşkilatçılığı ilə "Milli-mənəvi ailə dəyərləri: ənənə və müasirlik"mövzusunda keçirilən konfransda Milli Məclisin vitse-spikeri Bahar Muradova deyib. O bildirib ki, bu verilişlər milli-mənəvi dəyərlərimizə ziddir: "Öz problemlərini həll etmək üçün televiziyalara üz tutanlar peşman belə olurlar. Bu verilişlər kimə lazımdır?! Ailə daxilində baş verən problemlər cəmiyyətə çox pis şəkildə təqdim olunur".

Son xəbərlər

Orphus sistemi