“Virtualkarabakh.az” portalının yeni versiyası təqdim olunub

“Virtualkarabakh.az” portalının yeni versiyası təqdim olunub Bakı. 19 oktyabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin yeni portalının təqdimatı keçirilib.
Media
19 Oktyabr , 2018 20:12
“Virtualkarabakh.az” portalının yeni versiyası təqdim olunub

Bakı. 19 oktyabr. REPORT.AZ/ Gənclər və İdman Nazirliyinin dəstəyi ilə hazırlanmış “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin yeni portalının təqdimatı keçirilib.

Nazirlikdən "Report"a verilən məlumata görə, mərasimdə gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, Milli Məclisin deputatı, Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev, “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin sədri, Gənclər və İdman Nazirliyi yanında Gənclərlə İş üzrə İctimai Şuranın sədri Nurəddin Mehdiyev, millət vəkilləri, dövlət rəsmiləri və digər qonaqlar iştirak ediblər.

2013-cü ilin dekabrında “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyinin özünün ilk portalını ictimaiyyətə təqdim etmişdi. Lakin keçən dövr ərzində informasiya resurlarına olan tələbatın dəyişməsini nəzərə alaraq, təşkilat  dizayn baxımdan müasir,  istifadəsi funksional, daha çox vizual məhsulların öz əksini tapdığı yeni portalını ictimaiyyətə təqdim etmək qərarına gəldi. Yeni portal ilə yanaşı, tədbirdə Qarabağ haqqında infovideoların və “İrəvan - gizlədilmiş həqiqətlər” sənədli filminin türk dilində versiyasının da  təqdimatı baş tutub.

Tədbirdə bildirilib ki, yeni portalda Qarabağın tarixi, mədəniyyəti, təbiəti, münaqişə haqqında informasiyalarla yanaşı, sənədli filmlər, elektron məhsullar, mobil tətbiqlər, yeniyetmə və gənclər üçün Qarabağ mövzusunda virtual oyunlar, qısa və məzmunlu məlumat verən infoqrafikalar, infovideolar, bir çox Qarabağ xanəndələrinin musiqilərinin, filmlərin səsləndirildiyi radio, müasir proqram təminatlı kitabxana, müasir proqram təminatlı xəritələr, interaktiv təklif bölməsi yerləşdirilib.

Xatırladaq ki, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə icra olunan “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Mərkəzi layihəsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 7 iyul 2011-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan gəncliyi 201-2015-ci illərdə” Dövlət Proqramının 6.2.2 yarımbəndinə uyğun olaraq yaradılıb. Mərkəz 31.10.2017-ci il tarixdə dövlət qeydiyyatına alınaraq “Virtual Qarabağ” İnformasiya-Kommunikasiya Texnologiyaları Gənclər İctimai Birliyi adlandırılıb. Birliyin yaradılmasında əsas məqsəd Qarabağa dair mərkəzləşdirilmiş internet resurs bazasının qurulması, Azərbaycan Respublikasının Qarabağ bölgəsi haqqında, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə obyektiv məlumat verməkdir. Qurum bu günə qədər Qarabağa və tarixi torpaqlarımıza dair maraqlı məhsullarla çıxış etməkdədir.

Son xəbərlər

Orphus sistemi