“Unikal” qəzeti və “Unikal.org” internet portalının 7 yaşı tamam olur

“Unikal” qəzeti və “Unikal.org” internet portalının 7 yaşı tamam olur Bu media qurumları ilk xəbərini oxuculara 2010-cu il iyunun 6-da təqdim edib
Media
6 İyun , 2017 14:43
“Unikal” qəzeti və “Unikal.org” internet portalının 7 yaşı tamam olur

Bakı. 6 iyun. REPORT.AZ/ Bu gün “Unikal” qəzeti və “Unikal.org” internet portalının fəaliyyətə başlamasının ildönümüdür.

“Report”un xəbərinə görə, hər iki media qurumunun 7 yaşı tamam olur.

Bu media qurumları ilk xəbərini oxuculara 2010-cu il iyunun 6-da təqdim edib.

Üç ildən çoxdur ki,”Unikal” qəzeti Azərbaycan Prezidenti Yanında Kütləvi İnformasiya Vasitələrinə Dəstək Fondundan maliyyələşir və layihə icra edir.

Gündəlik olaraq nəşr olunan qəzet və “Unikal.org” fəaliyyətə başladığı gündən oxucuların qarşısına ölkədə və dünyada baş verən dəqiq, operativ xəbərlər, siyasi və iqtisadi təhlillərlə çıxır. Buna görə də hazırda qəzetin və saytın oxucuları müxtəlif sosial qrupları təmsil edən auditoriyadan ibarətdir.

"Unikal.org"a istifadəçilər təkcə Azərbaycandan deyil, dünyanın bir çox ölkələrindən daxil olur.

Gün ərzində saytda müxtəlif sahələri əhatə edən 100-dən çox xəbər yayımlanır.

“Unikal” qəzeti və “Unikal.org” saytı Azərbaycanda fəaliyyət göstərən ictimai-siyasi təşkilatlar, sosial qruplar, dövlət qurumları ilə əməkdaşlıq edir.

Yeddi yaşı münasibətilə “Unikal” qəzeti və “Unikal.org” saytının oxucularının hər birini təbrik edirik!

Son xəbərlər

Orphus sistemi