Yuxarı
    Bağlamaq

    Türkiyənin Azərbaycandakı səfirliyinin müşaviri Mətbuat Şurasında olub

    Əflatun Amaşov hər iki qardaş ölkə mediası arasındakı təmasların yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib

    Bakı 30 yanvar. REPORT.AZ/ Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri Hamit Karadeniz Mətbuat Şurasında (AMŞ) olub.

    Şuradan "Report"a verilən məlumata görə, MŞ sədri, Milli Məclisin deputatı Əflatun Amaşov hər iki qardaş ölkə mediası arasındakı təmasların yüksələn xətlə inkişafından məmnunluğunu ifadə edib. O bildirib ki, ötən ilin 15 iyulunda Türkiyədə dövlət çevrilişinə cəhd göstərildiyi zaman Azərbaycan mediasının Türkiyə dövlətçiliyinə sədaqət nümayişi qarşılıqlı əməkdaşlıqda yeni, daha səmimi bir mənzərəni formalaşdırıb.

    H.Karadeniz qeyd edib ki, 15 iyulda gerçəkləşdirilmiş dövlət çevrilişi cəhdinin qarşısının alınması Türkiyə üçün tarixi qələbələr kimi eyni mahiyyət daşıyan hadisədir. Mətbuat müşaviri həmin vaxt Böyük Millət Məclisinə də terror həmləsi edildiyini, məclisin binasının dağıntılara məruz qaldığını xatırladıb. O əlavə edib ki, belə bir məşəqqətin daim yaddaşlarda qalması və unudulmaması üçün Türkiyənin Mətbuat və İnformasiya İdarəsi (TC Başbakanlıq Basın, Yayın ve Enfarmasyon Genel Müdürlüğü) tərəfindən xüsusi açıqcalar hazırlanıb. Orada Böyük Millət Məclisinin binasının dağıdılmış hissəsinin mənzərəsi və binadan qopan daş parçası əks olunub. H.Karadeniz həmin açıqcalardan birini Mətbuat Şurasına təqdim edib.

    Görüşdə Türkiyənin Mətbuat və İnformasiya İdarəsinin gerçəkləşdirdiyi təşəbbüsün təkcə Türkiyədə deyil, bütövlükdə dünyada terrora qarşı mühüm çağırış olduğu vurğulanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi