Yuxarı

​Türkiyəli jurnalistlər “Report”un redaksiyasını ziyarət edib

Mehmet Ali Dimin rəhbərliyi ilə bu ölkənin müxtəlif media qurumlarında çalışan dörd jurnalist Azərbaycanda səfərdədir

Bakı. 22 iyun. REPORT.AZ/ Türkiyə Qəzetçilər Federasiyasının sədr əvəzi Mehmet Ali Dimin rəhbərliyi ilə bu ölkənin müxtəlif media qurumlarında çalışan dörd jurnalist Azərbaycanda səfərdədir.

Bu gün türkiyəli nümayəndə heyəti “Report” İnformasiya Agentliyinin (İA) redaksiyasında olub.

“Report” İA-nın baş redaktoru Murad Əliyev qonaqları redaksiya heyəti ilə tanış edib.

M.Əliyev “Report” İA-nın xəbər siyasəti barədə danışıb. Baş redaktor bildirib ki, “Report”un fəaliyyətində agentliyin istehsal etdiyi məlumatların dəqiqliyi, etibarlılığı əsas götürülür. O, Türkiyə ilə bağlı xəbərlərə daha həssaslıqla yanaşıldığını vurğulayıb.

Görüş zamanı Mehmet Ali Dim Türkiyə Qəzetçilər Federasiyasının fəaliyyəti barədə məlumat verib. O qeyd edib ki, Azərbaycana səfərinin əsas məqsədi iki qardaş ölkənin media qurumları arasında əlaqələrin inkişaf etməsi, həm Azərbaycanı, həm Türkiyəni maraqlandıran məsələlərdə ortaq fəaliyyətin qurulmasını təmin etməkdir. 

Mehmet Ali Dim Avro-2016 çərçivəsində iyunun 21-də keçirilən Çexiya-Türkiyə oyununda vurulan qollara azərbaycanlı aparıcının təqdimatında (bu matçı Azərbaycanda İTV yayımlayıb – red.) “Report”un "facebook" səhifəsində böyük maraqla baxaraq “azərbaycanlı aparıcılar Türkiyənin qollarına bizimkilərdən çox sevinir” deyib.

Federasiya rəhbəri “Report”un redaksiya heyətinə uğurlar arzulayıb.

Qeyd edək ki, səfər Azərbaycan Parlament Jurnalistlər Birliyinin sədri Elşad Eyvazlının dəvəti əsasında gerçəkləşdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi