Türkiyəli jurnalistlər Bilik Fondunda olub

Türkiyəli jurnalistlər Bilik Fondunda olub Qonaqlar Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüblər
Media
18 Mart , 2017 17:25
Türkiyəli jurnalistlər Bilik Fondunda olub
Bilik Fondu

Bakı. 18 mart. REPORT.AZ/ Milli Məclisin üzvü Qənirə Paşayevanın dəvəti ilə Azərbaycanda səfərdə olan bir qrup tanınmış jurnalist Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunda görüş keçiriblər.

Bilik Fondunun İnformasiya təminatı sektorundan "Report"a verilən məlumata görə, qonaqlar Fondun icraçı direktoru Oktay Səmədov və əməkdaşlarla görüşüblər.

Millət vəkili Qənirə Paşayeva bir neçə təkliflər irəli sürüb və bu təkliflər həm qonaqlar, həm də Bilik Fondu tərəfindən yüksək maraqla qarşılanıb. Belə qərara alınıb ki, təkliflərin layihələri hazırlansın və fəaliyyətə başlanılsın.

Türkiyəli jurnalistlər da səfər çərçivəsində yaşadıqları təəssüratları bölüşüblər, qardaş Azərbaycan mətbuatı ilə sıx əlaqədə olduqlarını bu əlaqələrin nümunə kimi beynəlxalq mətbuat aləminə çıxarılmasının məqsədəuyğun olduğunu bildiriblər. Hər bir natiq qeyd edib ki, Türkiyə dövləti ilə Azərbaycan dövlətinin qardaşlığı ölkələrin bütün sahələrini eyni səviyyədə əhatə etməli və məhz mətbuat bu bağların qırılmaz olduğuna çalışmalıdır.

Son xəbərlər

Orphus sistemi