Yuxarı

​Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə müşaviri "Report" informasiya agentliyində olub

Həmid Qaradəniz agentliyə uğurlar arzulayıb və yaxın gələcəkdə onun ən güclü media qurumlarından birinə çevriləcəyinə inandığını deyib

Bakı. 30 yanvar. REPORT.AZ/ Türkiyə səfirliyinin mətbuat məsələləri üzrə müşaviri Həmid Qaradəniz "Report" informasiya agentliyində olub.

"Report" xəbər verir ki, qonaq öncə agentlikdə yaradılan şərait və buradakı iş prosesi ilə tanış olub. Sonra Həmid Qaradəniz agentliyin baş redaktoru Murad Əliyevlə görüşüb. Qonağı səmimi salamlayan M.Əliyev, müşavirə agentliyin fəaliyyəti haqqında məlumat verib. Onun sözlərinə görə, ölkələrimiz arasındakı ikitərəfli dostluq və qardaşlıq əlaqələri kütləvi informasiya vasitələri sahəsindəki əməkdaşlığımıza da öz töhfəsini verir.

H.Qaradəniz agentliyin baş redaktoru M.Əliyevə dəvətə görə öz minnətdarlığını bildirərək qeyd etdi ki, Türkiyə və Azərbaycan arasında tarixən dost və qardaş münasibətləri olub. Müşavir, həmçinin vurğuladı ki, Türkiyə və Azərbaycan beynəlxalq arenada eyni mövqedən çıxış edirlər və burada media qurumlarının da rolu böyükdür.

Görüşün sonunda Həmid Qaradəniz agentliyə uğurlar arzulayıb və yaxın müddətdə onun ən güclü media qurumlarından birinə çevriləcəyinə inandığını deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi