Türkiyə prezidenti AFP-nin versiyasına görə ilin ən nüfuzlu şəxsləri sırasında ilk üçlüyə düşüb

Türkiyə prezidenti AFP-nin versiyasına görə ilin ən nüfuzlu şəxsləri sırasında ilk üçlüyə düşüb Reytinqə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp başçılıq edib
Media
21 Dekabr , 2016 13:23
Türkiyə prezidenti AFP-nin versiyasına görə ilin ən nüfuzlu şəxsləri sırasında ilk üçlüyə düşüb

Bakı. 21 dekabr. REPORT.AZ/ "France Presse" İnformasiya Agentliyi (AFP) başa çatmaqda olan ilin ən nüfuzlu şəxslərinin reytinqini tərtib edib.

"Report" xəbər verir ki, siyahıya ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp başçılıq edib.

Reytinqdə ikinci yeri Rusiya prezidenti Vladimir Putin, üçüncü yeri isə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan tutub.

Reytinq agentliyin bütün dünya üzrə işçiləri arasında aparılan sorğu nəticəsində müəyyənləşib.

İlk onluğa, həmçinin Hillari Klinton, Naycel Fərac, Bəşşar Əsəd, Barak Obama, Roma Papası Fransisk, Bob Dilan və Mişel Obama daxil olub.

Son xəbərlər

Orphus sistemi