Türk mətbuatı TANAP-a böyük maraq göstərir

Türk mətbuatı TANAP-a böyük maraq göstərir Bakı. 12 iyun. REPORT.AZ/ Türkiyə mətbuatı Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin bu gün Eskişehirdə baş tutacaq açılışı ilə bağlı mövzuya böyük diqqət yetirib.
Media
12 İyun , 2018 12:30
Türk mətbuatı TANAP-a böyük maraq göstərir
0 : 00
0 : 00

Bakı. 12 iyun. REPORT.AZ/ Türkiyə mətbuatı Trans Anadolu Təbii Qaz Boru Kəməri (TANAP) layihəsinin bu gün Eskişehirdə baş tutacaq açılışı ilə bağlı mövzuya böyük diqqət yetirib.

"Report" xəbər verir ki, Türkiyənin aparıcı mətbuat orqanı olan "Milliyyet" qəzetinin internet səhifəsində "Əsrin layihəsinin möhtəşəm finalı" adlı məqalədə deyilir ki, Azərbaycan, Gürcüstan və Türkiyə bölgədəki işbirliyini daha da irəli aparmaq üçün lazım olan töhfələrini verir: "Bakı-Tbilisi-Ceyhan və Bakı-Tbilisi-Ərzurum neft və qaz boru kəmərləri, Bakı-Tbilisi-Qars dəmir yolu layihəsindən sonra Cənub Qaz Dəhlizinin sütunu olan TANAP layihəsi buna bariz nümunədir", - məqalə müəllifi bildirir.

Digər mötəbər mətbu orqanı "Sabah" qəzeti yazır ki, TANAP layihəsi regional əməkdaşlığını yeni səviyyəyə qaldıracaq: "Cənub Qaz Dəhlizi istər Türkiyə, istərsə də Avropanın enerji təhlükəsizliyinin təmin edilməsi baxımından önəmli layihədir".

"Vatan" qəzeti isə saytında Türkiyə Energetika və Təbii Sərvətlər Nazirliyinin müşaviri Fatih Dönməzin TANAP layihəsi ilə bağlı söylədikləri fikirlərə yer ayırıb. Belə ki, türkiyəli məmurun sözlərinə görə, bundan sonra Türkiyə sadəcə enerji daşıyıcıların idxalçısı kimi deyil, bölgə ölkələrinin enerji təhlükəsizliyinin təmin edilməsində önəmli tərəfdaş olacaq: "Bu layihə də bunun göstəricisidir".

Türkiyədə ən çox oxunan digər qəzetlərdən biri "Star" qəzeti isə TANAP-ı "Enerji İpək Yolu" kimi xarakterizə edib. Məqalədə o da bildirilir ki, bu layihə Türkiyədə əhalinin verilən enerji qiymətlərini aşağı salmağa imkan yaradacaq. Məqalədə qeyd olunur ki, TANAP Türkiyədə bugünə qədər həyata keçirilən ən irimiqyaslı boru kəməri layihəsi olacaq.

TANAP layihəsinin açılışı ilə bağlı xəbəri "Habertürk" saytı da yayıb.

Son xəbərlər

Orphus sistemi