Yuxarı

Tomas Qolts: "Qəbrə qədər Azərbaycana bağlı olacam"

Hazırda yeni kitab layihəsi üzərində çalışıram və həmin kitabda Azərbaycanla bağlı mövzulara da toxunulacaq

Bakı. 24 may. REPORT.AZ/ "Azərbaycan müstəqillik əldə edəndən bəri onunla birlikdə böyümüşəm. Aprel hadisələri başlayanda Türkiyədə idim. Hiss elədim ki, həqiqəti öyrənmək üçün cəbhəyə getməliyəm". "Report"un məlumatına görə, bunu ABŞ-ın Montana ştatının professoru Tomas Qolts jurnalistlərə açıqlamasında aprel hadisələrini şərh edərkən deyib.

O, bu hadisələr barədə köşə yazısı yazdığını bildirib: "25 il ərzində mətbuat dəyişilib. Sosial şəbəkələr var. Hər kəs müxbir olub. Əvvəllər hərbi müxbir idim. Amma bəlkə indi bunu bacarmazdım".

O, həmçinin vurğulayıb ki, yeni kitab layihəsi üzərində çalışır və həmin kitabda Azərbaycanla bağlı mövzulara da toxunulacaq: "Kitab hələ tam hazır deyil, ola bilsin ki, ilin axırına qədər hazır olsun. Mən həmçinin Azərbaycan mədəniyyəti, teatrı barədə bir qrup məqalə də hazırlamışam. Qəbrə qədər Azərbaycana bağlı olacam".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi