Yuxarı

"The Guardian": Formula-1 üzrə Bakı yarışı uğurlu olub

Nüfuzlu nəşr yarışın ətraflı təhlilini təqdim edib

Bakı. 21 iyun. REPORT.AZ/ Böyük Brityaniyanın nüfuzlu "The Guardian" nəşri iyunun 17-19-da Bakıda keçirilən Formula-1 üzrə Avropa Qran Prisi haqqında məqalə dərc edib.

"Report" qəzetin saytına istinadən xəbər verir ki, "Bakıda öyrəndiyimiz 5 şey" sərlövhəli məqalədə yarış zamanı Formula-1-in aparıcı komandaları ilə bağlı yaşanmış əsas hadisələrin ətraflı təhlili verilib.

"Siyasəti bir kənara qoysaq, Formula-1 üzrə Bakı yarışı uğurlu olub. Düzdür, bazar günü Qran Prinin final mərhələsində GP2 yarışmasında olduğu qədər çoxlu hadisə yaşanmadı. Hərçənd GP2 yarışında təhlükəsizlik avtomobili tez-tez trasa çıxmalı olurdu. Ümumilikdə Qran Prisinin uğurlu alındığını söyləmək olar", - məqalədə deyilir.

Qeyd edək ki, Bakıda keçirilmiş Avropa Qran Prisini "Mersedes"in alman pilotu Niko Rosberq qazanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi