Azərbaycan televiziyaları ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb - SİYAHI

Azərbaycan televiziyaları ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb - SİYAHI Faktlardan 15%-i İTV -də, 14%-i ATV -də, 15%-i ANS-də, 18%-i "Xəzər"də, 17%-i "Space" -də, 21%-i isə "Lider" -də müşahidə edilib
Media
17 Aprel , 2015 12:55
Azərbaycan televiziyaları ilə bağlı aparılan monitorinqin nəticələri açıqlanıb - SİYAHI

Bakı. 17 aprel. REPORT.AZ/ AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunda "Televiziyaların xəbər proqramlarının dili" mövzusunda mətbuat konfransı keçirilib. "Report"un xəbərinə görə, mətbuat konfransında elan olunub ki, institutunun Azərbaycan televiziyasında xəbər proqramlarının dili ilə bağlı apardığı monitorinq başa çatıb. Dilçilik İnstitutunun Monitorinq şöbəsinin əməkdaşı, televiziyalarla bağlı monitorinq qrupunun rəhbəri Şahlar Məmmədli bildirib ki, monitorinqin aparılmasında əsas məqsəd televiziya proqramlarında Azərbaycan ədəbi dilinin normalarına əməl olunmasının və kütləvi informasiya vasitələri sahəsində çalışan mütəxəssislərin dil hazırlıqlarının yüksəldilməsinin təmin edilməsidir: "Monitorinq ölkənin 6 televiziya kanalını - İTV, ANS TV, Space TV, Lider TV, ATV və Xəzər TV-ni əhatə edib. Bu monitorinq zamanı xəbər və xəbərdən törəmə proqramların dili araşdırılıb. Ümumilikdə 400-dən artıq norma pozuntusu aşkarlanıb və dil səviyyələri üzrə 145 nümunə tədqiqata cəlb edilib. Onlardan 74-ü leksik-üslubi, 29-u fonetik, 41-i isə qrammatik normaya aid dil qüsurlarıdır. Araşdırma zamanı 20% fonetik norma, 24% leksik norma, 27% üslubi norma, 22% morfoloji və 7% sintaktik norma pozuntusu məlum olub".

Onun sözlərinə görə, faktlar göstərir ki, aparıcıların nitqində üslub səhvləri daha çoxdur. Ədəbi dil normalarının pozulma hallarını əks etdirən faktlardan 15%-i İTV -də, 14%-i ATV -də, 15%-i ANS-də, 18%-i "Xəzər"də, 17%-i "Space"-də, 21%-i isə "Lider"-də müşahidə edilib. Buna baxmayaraq, dil səviyyələri üzrə fərqli nəticələr üzə çıxıb. Fonetik normanın tələblərinə ən çox ATV və ANS-də, qrammatik normanın pozulması halları isə ən çox "Xəzər" televiziyasında müşahidə edilib.

Qeyd edək ki, monitorinqi AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu aparıb. Bəzi təşkilati işlər Milli Televiziya və Radio Şurası ilə birgə həyata keçirilib.

Son xəbərlər

Orphus sistemi