​Telejurnalist Elməddin Quliyev Dövlət Statistika Komitəsinin mətbuat katibi təyin olunub

​Telejurnalist Elməddin Quliyev Dövlət Statistika Komitəsinin mətbuat katibi təyin olunub Bununla bağlı DSK sədri Tahir Budaqov əmr imzalayıb
Media
19 Aprel , 2016 11:11
​Telejurnalist Elməddin Quliyev Dövlət Statistika Komitəsinin mətbuat katibi təyin olunub

Bakı. 19 aprel. REPORT.AZ/ Telejurnalist Elməddin Quliyev Dövlət Statistika Komitəsinin (DSK) İctimaiyyətlə əlaqələr sektorunun müdiri – mətbuat katibi təyin olunub.

“Report”un xəbərinə görə, bununla bağlı DSK sədri Tahir Budaqov əmr imzalayıb.

Qeyd edək ki, Elməddin Məhəmməd oğlu Quliyev 1984-cü il oktayabrın 25-də anadan olub. Sumqayıt Şəhər 16 saylı orta məktəbin məzunudur. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsində bakalavr, Naxçıvan Dövlət Universitetində isə “Mətbuat tarixi” istiqaməti üzrə magistr təhsili alıb. 2006-2007-ci illərdə Silahlı Qüvvələrdə hərbi xidmət keçdikdən sonra Azərbaycan Televiziyası və Radio Verlişləri QSC-nin (AZTV) İnformasiya Proqramları Studiyasında müxbir vəzifəsində fəaliyyətə başlayıb. Rəsmi dövlət tədbirlərində, regional səfərlərdə, ölkəmizdə keçirilən bütün seçkilər və referendumda, yerli və beynəlxalq konfrans, forumlarda AZTV-ni təmsil edib. Eyni zamanda, elektron və çap mətbu orqanlarında müxtəlif janrlı məqalələrlə də çıxış edib. Ailəlidir, 3 övladı var.                                   

Son xəbərlər

Orphus sistemi