Yuxarı
    Bağlamaq

    Təbriz bələdiyyəsinin sədri azərbaycanlı jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul edib

    Təbriz şəhər parlamentinin sədri iki ölkənin bir-birinə yaxın olması baxımından mətbuatın rolunu müsbət dəyərləndirib

    Təbriz. 1 sentyabr. REPORT.AZ/ Təbriz şəhər bələdiyyə sədri vəzifəsini müvəqqəti icra edən Məhəmməd Hüseyn İshəqi azərbaycanlı jurnalistlərdən ibarət nümayəndə heyətini qəbul edib.

    "Report"un Təbrizdə ezamiyyətdə olan müxbiri xəbər verir ki, M.H.İshəqi ilk olaraq bələdiyyə binası haqqında məlumat verib.

    O çıxışında deyib ki, Təbriz islam ölkələri arasında mühüm şəhərlərdən biridir: "Məhz bu səbəbdən şəhərimiz 2018-ci il üçün İslam ölkələrinin turizm paytaxtı seçilib. O vaxta kimi Təbriz şəhərinin inkişafı üçün bir çox işlər görülməlidir. İndi hazırlıq işlərinə start verilib. Dünyada üstü örtülü bazar məhz Təbrizdədir. Gələn ilə qədər bu bazarda təmir-bərpa işləri görüləcək. Çünki bazarın tarixi qədimdir və çox köhnəlib. Təmir işləri aparılsa da, bazarın görünüşü öz tarixiliyini itirməyəcək".

    Onun sözlərinə görə, əsas məqsəd İranı dünyada daha çox tanıtmaqdır: "İstəyimiz Təbrizin əsas daxili gözəlliyini xaricdə tanıdılmasını təmin etməkdir. Təbrizi daha da inkişaf etdirmək üçün əlimizdən gələni edəcəyik. 2018-ci ildən sonra da bu istiqamətdə görüləcək işləri dayandırmayacağıq".

    Bələdiyyə sədri bildirib ki, Bakı böyük paytaxt olmaqla yanaşı, həm də modern şəhərdir: "Şəhəriniz Bakı həm də köhnə üslubunu qoruyub saxlayıb. Təbrizdən təkcə paytaxt Bakıya deyil, digər rayonlarınıza da gedilir. Ümid edirik ki, Bakıya olan viza məsələsi aradan qaldırıldıqdan sonra ora gedənlərin sayında ciddi artım olacaq".

    Görüşdə həmçinin, Təbriz şəhər parlamentinin sədri Şəkür Əkbər Nejat da iştirak edib. O çıxışında iki ölkənin və xalqın bir-birinə yaxın olması baxımından mətbuatın rolunu müsbət dəyərləndirib: "İran və Azərbaycan arasında əməkdaşlıq hər zaman müsbət istiqamətdə davam edəcək".

    Parlament üzvü Niku Xislət də öz növbəsində Təbriz şəhərinin dünyaya tanıdılması baxımından bir çox işlərin görülməsinin vacibliyinə toxunub. O qeyd edib ki, Təbrizin islam paytaxtı seçilməsi bu baxımdan gözəl imkandır.

    Görüşün davamında azərbaycanlı nümayəndə heyətinin fikirləri dinlənilib.

    Sonda mətbuat nümayəndələri ilə xatirə şəkli çəkilib və onlara hədiyyələr təqdim olunub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi