Yuxarı
    Bağlamaq

    Tanınmış jurnalist vəfat edib

    Mətbuat Şurası jurnalistin ölümü ilə bağlı nekroloq yayıb

    Sumqayıt. 5 aprel. REPORT.AZ/ “Xalq qəzeti”nin keçmiş əməkdaşı, tanınmış jurnalist Ələsgər Müzəffər oğlu Cabbarov ömrünün 83-cü ilində üzün sürən xəstəlikdən sonra dünyasını dəyişib.

    Bu barədə “Report”a Mətbuat Şuranın mətbuat xidmətindən məlumat verilib.

    Şuranın yaydığı nekroloqda bildirilir ki, Ə.Cabbarov ötən əsrin 50-ci illərində sabiq SSRİ-nin dünyada tanınan ali məktəblərindən sayılan Sənaye İnstitutunu neft mühəndis ixtisası üzrə bitirib. Jurnalistikaya dərin marağı nəticəsində respublikanın qəzet və jurnalları, radiosu ilə sıx əməkdaşlığa başlayıb. 

    Azərbaycan Milli Elmlər Akademiyasının 1961-ci yaradılan “Elm və həyat” jurnalının redaksiyası formalaşdırılarkən Ələsgər Cabbarov da seçilib işə qəbul olunub, burada şöbə müdiri kimi fəaliyyət göstərib. Bir neçə il sonra isə Milli Ensiklopediyaya redaksiya müdiri təyin edilib.

    Ə.Cabbarov “Xalq qəzeti”nə 1992-ci ildə gəlib, bilik və bacarığını əsirgəmədən çalışıb. Əvvəl kommersiya direktoru, sonra isə bölgə müxbiri kimi qəzetin yeni yolda uğurla irəliləməsinə köməyini göstərib. Ömrünün ahıl çağında könüllü olaraq nəşrdən uzaqlaşsa da, kollektivlə ömrünün son günlərinədək sıx əlaqədə olub.

    Onu tanıyanlar Ə.Cabbarovda həyatın çətinlikləri və özünü təsdiqləmək əzminin vaxtından əvvəl yetkinləşdiyini bildirirlər. İnsanlarla münasibətdə həddindən artıq səmimi, mehriban, qayğıkeş və xeyirxah idi. Çətinlikdən qorxmur, ağır durumlardan asan çıxış yolu tapırdı. Bu keyfiyyətlərinə görə də hər yerdə hörmətlə qəbul olunurdu.

    Yetkin qələm sahibi, yurdsevər vətəndaş, mehriban həmkar və dost olan Ələsgər Cabbarovun zəngin və mənalı ömür yolu üçün örnək olmağa layiqdir. İbrətli fəaliyyəti, xeyirxah işləri, işıqlı xatirəsi Ələsgər müəllimi onu tanıyanların qəlbində əbədi yaşadacaq.

    Allah rəhmət eləsin!

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi