Tanınmış fotojurnalist Rafiq Salmanov ziyarət olunub

Tanınmış fotojurnalist Rafiq Salmanov ziyarət olunub Fotojurnalistə Ahıl Jurnalistlər Məclisinin hədiyyəsi verilib, maddi yardım göstərilib
Media
18 Noyabr , 2016 13:08
Tanınmış fotojurnalist Rafiq Salmanov ziyarət olunub

Bakı. 18 noyabr. REPORT.AZ/ Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov və Şuranın Ahıl Jurnalistlər Məclisinin təmsilçiləri - Yusif Kərimov, Məzahir Süleymanzadə, Tahir Aydınoğlu və Rasim Sadıqov əməkdar mədəniyyət işçisi, fotojurnalistikamızın tanınmış nümayəndəsi Rafiq Salmanovu evində ziyarət edib, ahıl sənətkarın müalicəsi və qayğıları ilə maraqlanıblar.

Şuradan "Report"a verilən məlumata görə, Ə.Amaşov mətbuatın inkişafında xidmətlərinə görə, Rafiq Salmanova Mətbuat Şurasının diplomunu təqdim edib. Fotojurnalistə Ahıl Jurnalistlər Məclisinin hədiyyəsi verilib, maddi yardım göstərilib.

Qonaqlar R.Salmanovun "Azərbaycan pioneri", "Vışka", "İdman" qəzetlərində, "Azərbaycan qadını" jurnalında işlədiyi illəri xatırlayıblar. Qeyd olunub ki, veteran fotojurnalist 20 ildən çoxdur "Xalq qəzeti" redaksiyasında çalışır, dörd kitab müəllifidir. 

R.Salmanov göstərilən diqqət və qayğıya görə, Azərbaycan Mətbuat Şurasına təşəkkürünü bildirib.

Qeyd edək ki, Azərbaycan Mətbuat Şurası nəzdində fəaliyyət göstərən Ahıl Jurnalistlər Məclisinin nümayəndələri Azərbaycan mətbuatının qızıl fondu olan veteran qələm sahiblərinə daim qayğı göstərir, onlarla ünsiyyət yaradırlar. Məclis yubileylərdə, bayramlarda, kitab təqdimatlarında veteran jurnalistləri bir yerə toplaşır, onların mətbuat mühitindən kənarda qalmamasına çalışır. Məclisin təmsilçiləri həmçinin veteran qələm sahiblərini onların mənzillərində də ziyarət edirlər. 

Son xəbərlər

Orphus sistemi