"Sputnik"in mobil əlavəsi Azərbaycan dilində də fəaliyyət göstərəcək

"Sputnik"in mobil əlavəsi Azərbaycan dilində də fəaliyyət göstərəcək "Sputnik"in əlavəsini "App Store" və "Google Play"dən pulsuz yükləmək mümkündür
Media
23 İyul , 2015 15:12
Sputnikin mobil əlavəsi Azərbaycan dilində də fəaliyyət göstərəcək

Bakı. 23 iyul. REPORT.AZ/ İOS və Android platformaları üçün nəzərdə tutulan "Sputnik"in mobil əlavəsi artıq Azərbaycan dilində də mövcuddur. Bu barədə "Report"a "Sputnik"in mətbuat katibliyindən bildirilib.

Məlumata görə, bu əlavə smartfon istifadəçilərinə 7 gün 24 saat xəbər izləməyə, şəkillərə baxmağa və müxtəlif dillərdə radio dinləməyə imkan verir.

Azərbaycan dilindən başqa, "Sputnik"in əlavəsi həmçinin serb, ingilis, italyan, polyak, abxaz, portuqal, Çin, yapon, alman, fransız, hind, qırğız, türk, Vyetnam, Belarus, dari, Danimarka, Koreya, kürd, Norveç, puştu, fars, fin, İsveç, urdu, ərəb, moldovan, gürcü və rus dillərində mövcuddur.

"Sputnik"in əlavəsini "App Store" və "Google Play"dən pulsuz yükləmək mümkündür.

Xatırladaq ki, günün xəbər mənzərəsindən əlavə, "Sputnik"in yeni əlavəsinin istifadəçiləri ekspertlərin aktual mövzulara şərhlərini oxuya, təhlil və infoqrafika ilə tanış ola bilərlər. Müvafiq servisin köməyi ilə istənilən xəbəri dərhal sosial şəbəkələrdə paylaşmaq mümkündür. "Sputnik"in yeni məhsulunda ən müasir yanaşmalar tətbiq edilib, interfeys rahat və sadədir, müxtəlif ayarlar isə bütün İOS və Android platformalı proqram əlavəsi istifadəçilərinin maraqlarını nəzərə almağa imkan verir. Əlavə iOS 6.0 və Android 4.0 və daha yeni versiyalı əməliyyat sistemləri ilə işləyən bütün müasir smartfonlarda çalışır.

Qeyd edək ki, "Sputnik" (sputniknews.com) onlarla ölkədə multimedia və informasiya mərkəzləri kimi fəaliyyət göstərən xəbər agentliyi və radiodur. "Sputnik" müxtəlif saytları, analoq və rəqəmsal radioyayımı, mobil əlavələri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. "Sputnik" xəbər lentləri abunəçilər üçün gün boyu ingilis, ərəb, ispan və Çin dillərində çıxır.

Son xəbərlər

Orphus sistemi