“Sputnik Azərbaycan”ın üç yaşı tamam olub

“Sputnik Azərbaycan”ın üç yaşı tamam olub Bakı. 25 may. REPORT.AZ/ Bu gün “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin yaranma günüdür.
Media
25 May , 2018 10:30
“Sputnik Azərbaycan”ın üç yaşı tamam olub
0 : 00
0 : 00

Bakı. 25 may. REPORT.AZ/ Bu gün “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin yaranma günüdür.

"Report" xəbər verir ki, agentlik üç yaşını qeyd edir.

“Sputnik Azərbaycan” 2015-ci ilin may ayının 25-dən fəaliyyət göstərir.

Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir. “Sputnik Azərbaycan” onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir.

“Sputnik” 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir.

“Report” İnformasiya Agentliyinin kollektivi “Sputnik Azərbaycan”da çalışan həmkarlarını və rəhbərliyini təbrik edir, onlara möhkəm cansağlığı və müvəffəqiyyətlər arzulayır!

Son xəbərlər

Orphus sistemi