“Sputnik Azərbaycan” iki yaşını qeyd edir

“Sputnik Azərbaycan” iki yaşını qeyd edir Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir
Media
25 May , 2017 15:16
“Sputnik Azərbaycan” iki yaşını qeyd edir
Report.az

Bakı. 25 may. REPORT.AZ/ Bu gün “Sputnik Azərbaycan” İnformasiya Agentliyinin yaranma günüdür.

"Report" xəbər verir ki, agentlik bu gün iki yaşını qeyd edir.

“Sputnik Azərbaycan” 2015-ci ilin may ayının 25-dən fəaliyyət göstərir. 

Agentliyə Azərbaycan və rus dillərində informasiya portalı, radioresurs və müasir multimediya mərkəzi daxildir. “Sputnik Azərbaycan” onlarla ölkədə informasiya və multimediya bölmələri fəaliyyət göstərən xəbər agentliyi və radionun tərkibinə daxildir. 

“Sputnik” 30 dildə saytları, analoq və rəqəmsal radioyayımı, mobil tətbiqləri və sosial şəbəkələrdə səhifələri özündə birləşdirir. “Sputnik” xəbər lentləri abunəçilər üçün günboyu ingilis, ərəb, ispan və çin dillərində çıxır.

Son xəbərlər

Orphus sistemi