Yuxarı

Son 25 ildə dünyada təxminən 2,3 min jurnalist öldürülüb

Jurnalistlər üçün ən təhlükəli ölkə İraqdır

Bakı. 1 fevral. REPORT.AZ/ Son 25 il ərzində dünyada azı 2297 jurnalist öldürülüb. "Report" Rusiya KİV-inə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Jurnalistlər Federasiyasının hesabatında məlumat verilir.

Məlumata görə, jurnalistlərin qətli ilə bağlı vəziyyət hər il daha da pisləşir. Məsələn, əgər 1990-cı ildə 40 ölüm faktı qeydə alınmışdısa, 2010-cu ildən bəri bu göstərici illər üzrə 100-dən aşağı düşmür. Qeyd olunur ki, statistikaya görə, 155 KİV nümayəndəsinin öldüyü 2006-cı il ən uğursuz il olub.

Jurnalistlər üçün ən təhlükəli ölkə isə İraqdır. Bu ölkədə son 25 ildə 309 media təmsilçisi qətlə yetirilib. Bu siyahıda 146 jurnalist ölümü ilə Filippin ikinci yerdə qərarlaşıbsa, Meksika (120 ölüm) üçüncü olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi