Yuxarı

Şirməmməd Hüseynov “Şərəf” ordeni ilə təltif edilib

Fikrət İsmayılova isə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib

Bakı. 16 dekabrş REPORT.AZ/ Azərbaycan Prezidenti İlham Əliyev Şirməmməd Ağaməhəmməd oğlu Hüseynovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb. 

"Report"un məlumatına görə, Ş.Hüseynov Azərbaycanda jurnalist kadrların hazırlanmasında xidmətlərinə görə təltif edilib.

Dövlət başçısının digər sərəncamı ilə Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakına görə Fikrət İsmayıl oğlu İsmayılova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilib. Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi