Şimali Koreyada daha bir ölkənin xəbər agentliyinin təmsilçiliyi açılıb

Şimali Koreyada daha bir ölkənin xəbər agentliyinin təmsilçiliyi açılıb Bu ölkədə uzun illərdir Rusiyanın TASS və Çinin "Sinxua" agentliklərinin nümayəndəlikləri var
Media
7 Sentyabr , 2016 19:35
Şimali Koreyada daha bir ölkənin xəbər agentliyinin təmsilçiliyi açılıb

Bakı. 7 sentyabr. REPORT.AZ/ Şimali Koreyanın paytaxtı Pxenyanda "France Press" agentliyinin nümayəndəliyi açılıb.

"Report" TASS-a istinadən xəbər verir ki, açılış mərsimində agentliyin rəhbəri Emanuel Hooq iştirak edib.

O, Şimali Koreya Mərkəzi Teleqraf Agentliyinin baş direktoru Kim Çon Qvanla da görüşüb.

Ümumiyyətlə, bu ölkədə uzun illərdir keçmiş SSRİ-nin, indi isə Rusiyanın TASS və Çinin "Sinxua" agentliklərinin nümayəndəlikləri var. Bundan başqa, bu ölkədə Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin orqanı olan "Jenmin Jibao" qəzetinin jurnalistləri də fəaliyyət göstərir.

Xatırladaq ki, 2006-cı ilin sentyabrında Pxenyanda Yaponiyanın "Kiodo" agentliyinin təmsilçiliyi, 2012-ci ildə ABŞ agentliyinin bürosu açılıb. "Kiodo" və "Associated Press" agentliklərinin ölkədəki təmsilçiliklərində şimali koreyalı jurnalistlər işləyirlər.

Son xəbərlər

Orphus sistemi