​Seysmoloji Xidmət Mərkəzinin baş direktoru zəlzələ ilə bağlı mətbuat konfransı keçirəcək

​Seysmoloji Xidmət Mərkəzinin baş direktoru zəlzələ ilə bağlı mətbuat konfransı keçirəcək Mətbuat konfransı sentyabrın 7-də saat 15.00-da olacaq
Media
4 Sentyabr , 2015 13:05
​Seysmoloji Xidmət Mərkəzinin baş direktoru zəlzələ ilə bağlı mətbuat konfransı keçirəcək

Bakı. 4 sentyabr. REPORT.AZ/ AMEA-nın nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru, AMEA-nın müxbir üzvü, geologiya-mineralogiya elmlər doktoru Qurban Yetirmişli bu gün Şəkidə baş verən zəlzələ və zəlzələdən sonra ərazidə aparılan monitorinqin ilkin nəticələrinə dair jurnalistlər üçün mətbuat konfransı keçirəcək. Bu barədə “Report”a Mərkəzdən məlumat verilib.

Mətbuat konfransı sentyabrın 7-də saat 15.00-da olacaq.

Tədbir Respublika Seysmoloji Xidmət Mərkəzinin Monitorinq Mərkəzində keçiriləcək.

Son xəbərlər

Orphus sistemi