Yuxarı
    Bağlamaq

    “Şərq-Qərb” nəşriyyatı “Dədə Qorqud” mükafatına layiq görülüb - FOTO

    Nəşriyyatın baş direktoru Samir Qocayevə Dədə Qorqudun qızıl heykəli təqdim edilib

    Bakı. 29 dekabr. REPORT.AZ/ “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzində “Dədə Qorqud” Milli Fondunun təşkilatçılığı ilə “Azərbaycan dünyası” jurnalının ilin yekunlarına həsr edilən tədbiri keçirilib.

    "Report" xəbər verir ki, bu il “Dədə Qorqud” mükafatına digər nəşrlərlə yanaşı “Azərbaycan dünyası” jurnalını dərc edən “Şərq-Qərb” nəşriyyatı layiq görülüb.

    Nəşriyyatın baş direktoru Samir Qocayevə Dədə Qorqudun qızıl heykəli, nəşriyyatının bir sıra əməkdaşlarına isə fondun diplom və mükafatlar təqdim edilib.

    Tədbirdə çıxış edən “Şərq-Qərb” nəşriyyatının direktoru Eldar Əliyev bildirib ki, 1998-ci ildə təsis edilən “Azərbaycan dünyası” jurnalının məqsədi görkəmli şəxsiyyətlərin xidmətlərini geniş oxucu auditoriyasına çatdırmaq, ölkə ictimaiyyətini, habelə xaricdə yaşayan azərbaycanlı diasporunu onların yaxşı işləri və “Dədə Qorqud” Milli Fondunun fəaliyyəti ilə tanış etməkdir.

    “Böyük işlər görən və xidmətləri olan insanların müəyyən edilməsi və onlar haqqında ictimaiyyətə məlumat verilməsi ilə bağlı fondun gördüyü işlər böyük hörmətə layiqdir”- deyə, E.Əliyev qeyd edib.

    “Azərbaycan dünyası” jurnalının baş redaktoru, “Dədə Qorqud” Milli Fondunun prezidenti Eldar İsmayılov diqqətə çatdırıb ki, 18 il ərzində bu mükafat görkəmli şəxsiyyətlərə verilib: “Bu gün ilk dəfə olaraq biz bu mükafatı nəşriyyata veririk. Bu mükafat “Şərq-Qərb” nəşriyyatına onun kollektivinin yüksək peşəkarlığına və fədakarlığına görə verilir”.

    “Şərq-Qərb” nəşriyyatının baş direktoru Samir Qocayev deyib ki, rəhbərlik etdiyi qurum bundan sonra da “Dədə Qorqud” Milli Fonduna dəstəyini davam etdirəcək: “Bizə verilən qiymətə və “Azərbaycan dünyası” jurnalında dahi insanlarımızı təbliğ etdiyiniz üçün sizə təşəkkür edirəm”.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi