Yuxarı

Şəhid polkovnik-leytenant Raquf Orucovun ailə üzvləri mətbuata müraciət ünvanlayıb

“Jurnalistləri və ictimai fəalları şəhidimiz və ailə üzvlərimizlə bağlı məsələlərdə sui-istifadə hallarına yol verməməyə çağırırıq”

Bakı. 16 avqust. REPORT.AZ/ Bu ilin aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun ailə üzvləri mətbuata müraciət ünvanlayıb.

“Report” həmin müraciəti təqdim edir: “Torpaqlarımızın düşməndən azad edilməsi uğrunda döyüşlərdə həlak olan bütün vətənsevər, qeyrətli övladlarımızın xatirəsinə xalqımız daim böyük hörmət və ehtiram göstərir. Bu işdə mətbuat işçilərinin də səmimi və təəssübkeş münasibəti minnətdarlıq hissi ilə dəyərləndirilməlidir. Buna görə onlara təşəkkürümüzü bildiririk.

Lakin bununla yanaşı, bəzi jurnalistlərin və media qurumlarının şəhidimiz polkovnik-leytenant Raquf Orucov və ailə üzvlərimizlə bağlı həqiqətə uyğun olmayan məlumatlar yayması, belə əsassız məlumatlardan istifadə etməklə ictimai ajiotaj yaratmağa cəhd göstərməsi bizdə ciddi narahatlıq və narazılıq hissi doğurur.

Biz hörmətli jurnalistləri və ictimai fəalları şəhidimiz və ailə üzvlərimizlə bağlı məsələlərdə sui-istifadə hallarına yol verməməyə çağırırıq”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi