​Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti KİV nümayəndələri arasında atıcılıq turniri keçirib

​Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti KİV nümayəndələri arasında atıcılıq turniri keçirib "Azərtac"ın komandası birinci yerə sahib çıxıb
Media
7 May , 2016 12:31
​Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti KİV nümayəndələri arasında atıcılıq turniri keçirib

Bakı. 7 may. REPORT.AZ/ Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti mayın 7-də mətbuat nümayəndələri arasında üçüncü atıcılıq turniri keçirib.

"Report" xəbər verir ki, ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilmiş turnirin məqsədi vətəndaşların hərbi vətənpərvərlik ruhunda tərbiyəsində KİV-in rolunun artırılmasıdır.

Xidmətin “Hərbi Vətənpərvərlik və Mütəxəssis Hazırlığı Mərkəzi” MMC-nin Sabunçu rayon filialında keçirilən turnirdə hər biri 3 nəfərdən ibarət komandalar iştirak ediblər.

Turnirin açılışında çıxış edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin birinci müavini Zaur Abdullayev tədbir iştirakçılarına uğurlar arzulayıb, ulu öndərin mətbuat sahəsinə diqqət və qayğısından danışıb.

Sonra turnirə start verilib. İki mərhələdə keçirilən turnirdə "Azərtac"ın komandası birinci yerə sahib çıxıb. Trend-Milli.az-ın komandası ikinci, “Səs” İnformasiya Agentliyinin əməkdaşları isə üçüncü yeri tutublar.

Son xəbərlər

Orphus sistemi