Sabah jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün sənədlər toplanacaq

Sabah jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün sənədlər toplanacaq Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 2-də, saat 10:00-da ölkə başçısı İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.
Media
1 Oktyabr , 2019 10:51
Sabah jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün sənədlər toplanacaq

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən oktyabrın 2-də, saat 10:00-da ölkə başçısı İlham Əliyevin 2013-cü il 22 iyul tarixli Sərəncamı ilə jurnalistlər üçün inşa edilmiş və onların mülkiyyətinə verilmiş ikinci binada səyyar qeydiyyat xidməti göstəriləcək, jurnalistlərin mənzillərinə dair elektron çıxarışın hazırlanması üçün ilkin sənədlər toplanacaq.

Bu barədə "Report"a Dövlət Komitəsindən məlumat verilib.

Tədbir oktyabrın 2-də saat 10:00-da Bakı, Yeni Salyan yolunda yerləşən, jurnalistlərə verilən ikinci binanın həyətində baş tutacaq.

Tədbirdə iştirak etmək istəyənlər üçün əlaqə: Əmlak Məsələləri Dövlət Komitəsinin şöbə müdiri Qulu Xəlilov - 050-235-30-33.

Son xəbərlər

Orphus sistemi