Sabah ilk instansiya məhkəməsində Mirşahin Ağayevin MTRŞ-ya qarşı iddiasına baxılacaq

Sabah ilk instansiya məhkəməsində Mirşahin Ağayevin MTRŞ-ya qarşı iddiasına baxılacaq Hər iki prosesə hakim Aytən Əliyeva sədrlik edəcək
Media
11 Fevral , 2016 15:48
Sabah ilk instansiya məhkəməsində Mirşahin Ağayevin MTRŞ-ya qarşı iddiasına baxılacaq

Bakı. 11 fevral. REPORT.AZ/ ANS Müstəqil Yayım və Media Şirkəti ilə Milli Televiziya və Radio Şurası (MTRŞ) arasında məhkəmə çəkişməsi davam edir.

"Report"un məlumatına görə, Bakı Apellyasiya Məhkəməsindən Səbail Rayon Məhkəməsinə göndərilən iki işin baxılacağı tarix açıqlanıb.

Səbail Rayon Məhkəməsində baxılacaq işlər fevralın 12-nə təyin olunub. Hər iki prosesə hakim Aytən Əliyeva sədrlik edəcək.

Qeyd edək ki, ANS Müstəqil Yayım və Media Şirkətinin baş direktoru Mirşahin Ağayev MTRŞ-nın çıxardığı və şuranın sədri Nuşirəvan Məhərrəmovun imzaladığı 05 oktyabr 2015-ci il və 13 oktyabr 2015-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarlarının ləğv edilməsi tələbi ilə Səbail Rayon Məhkəməsinə müraciət edib. Məhkəmə şikayəti təmin etməyib. Qərardan narazı qalan şirkətin baş direktoru M.Ağayev Bakı Apellyasiya Məhkəməsinə şikayət edib. On dörd şikayət üzrə Səbail Rayon Məhkəməsinin qərarları ləğv edilib, apellyasiya şikayəti qismən təmin olunub və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilib. 

Son xəbərlər

Orphus sistemi