Rusiyanın məşhur mediaholdinqi satışa çıxarılıb

Rusiyanın məşhur mediaholdinqi satışa çıxarılıb Məsələ ilə bağlı yekun qərar mayın 1-də qəbul ediləcək
Media
12 Aprel , 2017 14:48
Rusiyanın məşhur mediaholdinqi satışa çıxarılıb

Bakı. 12 aprel. REPORT.AZ/ “RBK” Media Holdinqi xüsusi mülkiyyətdir. Hesab edirik ki, onun taleyinə qarışmaq haqqımız yoxdur”.

“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məşhur “RBK” televiziyasının, xəbər saytının və eyniadlı nəşrin satılmasına münasibət bildirərkən deyib.

“Xüsusi mülkiyyətlə bağlı istənilən danışıqları şəxsi iş sayırıq. Ona görə də biz belə şəxsi işlərə qarışmırıq”, - deyə D.Peskov vurğulayıb.

İnformasiyaya əsasən, 2008-ci ildəki iqtisadi böhrandan sonra mediaholdinqə ciddi ziyan dəyib. 2010-cu ildə onu “Oneksim” qrupunun sahibi Mixail Proxorov alıb. “RBK”nın potensial alıcısı “Metro” qəzetinin sahibi Qriqori Berezkin sayılır. Məsələ ilə bağlı yekun qərar mayın 1-də qəbul ediləcək.

Qeyd edək ki, Qriqori Beryozkin qrupunun iki neft emalı zavodu var. O, “Rusenerqosbıt” energetika şirkətinin 50,5 faizinin sahibidir. 2007-ci ildə qrup “Komsomolskaya pravda” nəşriyyat evinin nəzarət zərfini alıb.

Son xəbərlər

Orphus sistemi