Rumıniyanın Azərbaycandakı səfiri "Report" informasiya agentliyində olub - FOTO

Rumıniyanın Azərbaycandakı səfiri "Report" informasiya agentliyində olub - FOTO Görüş zamanı I Avropa oyunlarının xarici mətbuatda işıqlandırılması məsələsi müzakirə olunub
Media
14 May , 2015 13:47
Rumıniyanın Azərbaycandakı səfiri Report informasiya agentliyində olub - FOTO

Bakı. 14 may. REPORT.AZ/ Rumıniyanın Azərbaycandakı səfiri Daniel Kristian Çobanu "Report" informasiya agentliyinin redaksiyasında olub.

Diplomat agentliyin fəaliyyəti ilə tanış olub və qeyd edib ki, bu onun Azərbaycanda KİV redaksiyasına ilk səfəridir. 

Səfir "Report" agentliyinin baş redaktoru Murad Əliyev və xarici siyasət şöbəsinin əməkdaşları ilə görüşüb. Söhbət zamanı səfir Azərbaycan və Rumıniya arasında münasibətlərin inkişafı üçün KİV-in əhəmiyyətini vurğulayıb. Səfirliyin NATO-nun Azərbaycandakı layihə koordinatoru olduğunu xatırladan D.K.Çobanu bildirib ki, diplomatik nümayəndəlik Alyansın Azərbaycanda müsbət imicinin yaradılması üzrə işləri həyata keçirir. 

Öz növbəsində, M.Əliyev qeyd edib ki, "Report" agentliyi ölkədəki beynəlxalq diplomatik missiyalarla sıx əməkdaşlıq edir. 

Görüş zamanı, həmçinin 12-28 iyun tarixləri arasında Azərbaycanda keçiriləcək I Avropa Oyunlarının mətbuatda işıqlandırılması məsələsi müzakirə olunub. Qeyd olunub ki, oyunlarda Rumıniyadan geniş tərkibli nümayəndə heyəti iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi