Yuxarı
    Bağlamaq

    ​"RİA Novosti"nin Azərbaycan bölməsinin adı dəyişdirilib, quruma yeni rəhbər təyin edilib

    Sayt xəbərlərini oxuculara Azərbaycan və rus dillərində çatdıracaq

    Bakı. 21 may. REPORT.AZ/ "RİA Novosti" İnformasiya Agentliyinin Azərbaycan bölməsinin saytı (novosti.az) fəaliyyətini dayandırıb.

    "Report"un məlumatına görə, əvəzində agentliyin saytı sputnik.az ünvanında fəaliyyət göstərəcək.

    Belə ki, bu gündən etibarən Azərbaycanda da "Rossiya seqodnya"nın "Sputnik" brendi altında sputnik.az saytı fəaliyyətə başlayacaq. Sayt xəbərlərini oxuculara Azərbaycan və rus dillərində çatdıracaq.

    "Sputnik-Azərbaycan"a isə baş direktor vəzifəsinə Vüqar Xəlilov təyin edilib.

    Qeyd edək ki, ad dəyişdirilənə qədər baş direktor vəzifəsini Gülnarə Məmmədzadə tutub.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi