"Report"un əməkdaşı Moskvada MDB-nin 25 illiyinə həsr olunan forumda mükafatlandırılıb - FOTO

"Report"un əməkdaşı Moskvada MDB-nin 25 illiyinə həsr olunan forumda mükafatlandırılıb - FOTO Forum işini plenar müzakirələrlə davam etdirib
Media
9 Noyabr , 2016 18:03
Reportun əməkdaşı Moskvada MDB-nin 25 illiyinə həsr olunan forumda mükafatlandırılıb - FOTO

Moskva. 9 noyabr. REPORT.AZ/ Moskvada Beynəlxalq Ticarət Mərkəzində Müstəqil Dövlətlər Birliyi, xaricdə yaşayan soydaşlar və beynəlxalq humanitar əməkdaşlıq işləri üzrə Federal Agentlik (Rossotrudniçestvo) tərəfindən təşkil olunan "MDB 25 il: qarşılıqlı anlaşma, əməkdaşlıq, inkişaf" adlı Beynəlxalq Humanitar Forum öz işinə başlayıb. 

"Report" xəbər verir ki, forumu açan "Rossotrudniçestvo"nun sədri Lyubov Qlebova qeyd edib ki, dövlətlərarası, iqtisadi və siyasi münasibətlər istənilən səbəblərdən zəiflədiyi halda, humanitar münasibətlər artır. 

Daha sonra federal agentliyin rəhbəri "Rusiya: mənim simpatiyamın 5 səbəbi" müsabiqəsinin qaliblərinə mükafatlar təqdim edib. Qaliblərdən biri - "Report" informasiya agentliyinin əməkdaşı Şamil Əlibəyli olub. 

"Çox şadam ki, öz ölkəmi və işlədiyim agentliyi layiqincə təmsil edə bildim. Bu mənim üçün böyük şərəfdir", - deyə gənc jurnalist bildirib. 

Daha sonra forum işini plenar müzakirələrlə davam etdirib. Müzakirələrdə MDB İcraiyyə Komitəsinin, təhsil, elm, mədəniyyət sahələrində idarəetmə orqanlarının nümayəndələri, MDB ölkələrinin Rusiya Federasiyasında diplomatik missiyalarının nümayəndələri, federal və regional qanunverici və icra hakimiyyəti orqanlarının nümayəndələri, Rusiya təhsil və elm təşkilatlarının rəhbərləri, ictimai xadimlər və mədəniyyət xadimləri, KİV nümayəndələri, beynəlxalq humanitar əməkdaşlıq sahəsində ekspertlər iştirak edib. 

Tədbir iştirakçıları arasında Azərbaycan nümayəndələri də olub. "Müasur mərhələdə MDB ölkələrinin informasiya məkanı" panel müzakirələrində "Novoye vremya" qəzetinin baş redaktoru Şakir Ağayev, "İnterfaks-Azərbaycan" informasiya agentliyinin baş redaktoru Aleksandr İvanov, "Novosti-Azərbaycan"  informasiya agentliyinin baş redaktoru Gülnarə Məmmədzadə iştirak edib. 

Forum noyabrın 10-da başa çatacaq. 

Son xəbərlər

Orphus sistemi