"Report" İnformasiya Agentliyinin "Media məktəbi" fəaliyyətə başlayıb

"Report" İnformasiya Agentliyinin "Media məktəbi" fəaliyyətə başlayıb Bakı. 13 iyun. REPORT.AZ/ Report İnformasiya Agentliyinin Media Məktəbi fəaliyyətə başlayıb.
Media
13 İyun , 2018 13:58
Report İnformasiya Agentliyinin Media məktəbi fəaliyyətə başlayıb
Report/ Elchin Murad
0 : 00
0 : 00

Bakı. 13 iyun. REPORT.AZ/ "Report" İnformasiya Agentliyinin "Media Məktəbi" fəaliyyətə başlayıb.

"Media Məktəbi"nin məqsədi Azərbaycanda media sahəsində peşəkar kadrları yetişdirmək, dünya mətbuatının yararlandığı müasir trendləri gənc jurnalistlərə aşılamaqdır. 

Məktəbdə tədrisin ən yeni üsullarla aparılması, gənclərin praktik bilik və bacarıqlarının gücləndirilməsi nəzərdə tutulub. 

Tədris dövründə ölkə və xarici media mütəxəssislərinin gənc jurnalistlərə ustad dərsləri keçməsi planlaşdırılıb. 

Qeyd edək ki, ilk mərhələdə müraciət etmiş namizədlərin sırasından seçilmiş 8 gənc 2 ay ərzində "Report"da xəbər, müsahibə, reportaj, araşdırma yazıları hazırlayacaq, jurnalistika peşəsinin sirlərini öyrənəcəklər. 

Təlim proqramının məzunlarına sertifikatlar təqdim olunacaq.

Son xəbərlər

Orphus sistemi