“Report” İnformasiya Agentliyinin əməkdaşı “İlin internet jurnalisti” seçilib

“Report” İnformasiya Agentliyinin əməkdaşı “İlin internet jurnalisti” seçilib Parlament Jurnalistləri Birliyi Milli Mətbuat Gününün 140 illiyi münasibətilə jurnalistlər arasında rəy sorğusu keçirib
Media
22 İyul , 2015 14:45
“Report” İnformasiya Agentliyinin əməkdaşı “İlin internet jurnalisti” seçilib

Bakı. 22 iyul. REPORT.AZ/ Parlament Jurnalistləri Birliyi (PJB) Milli Mətbuat Gününün 140 illiyi münasibətilə jurnalistlər arasında rəy sorğusu keçirib. Bu barədə “Report”a PJB-nin sədr müavini Aqil Aslan məlumat verib.

Rəy sorğusu nəticəsində “İlin media qurumları” və “İlin jurnalistləri” nominasiyası üzrə qaliblər müəyyənləşib.

Belə ki, parlament jurnalistləri arasında keçirilən rəy sorğusuna görə, “İdman Azərbaycan” “İlin telekanalı”, APA “İlin xəbər agentliyi”, “Kaspi” “İlin qəzeti”, “İctimai radio” “İlin radiosu”, “Modern.az” “İlin saytı” nominasiyasının qalibi olub. Jurnalistlər Ləman Əliəşrəfqızını (ANS TV) “İlin televiziya jurnalisti”, Aygün Muradxanlını (Yeni Musavat) “İlin qəzet jurnalisti”, İmdad Əlizadəni (“Report” İnformasiya Agentliyi - Report.az) “İlin internet jurnalisti” adına layiq görüblər.

Son xəbərlər

Orphus sistemi